Yaranı super yapışqanla bağlayan tibb bacısı işdən çıxarıldı
34
18:30 - 07 Fevral 2025
Hindistanda tibb bacısı qeyri-adi müalicə üsuluna görə işdən çıxarılıb.
TNS xarici KİV-ə istinadən xəbər ki, qadın yaralı uşağı müalicə etmək üçün super yapışqandan istifadə edib.
Belə ki, tibb bacısı işini görərkən uşağın ailəsi buna qarşı çıxıb. Lakin o, bu proseslə övladlarının tez sağalacağını bildirib. Buna baxmayaraq yaralının ailəsi tibb bacısının işi ilə bağlı ölkənin səhiyyə nazirliyinə şikayət edib. Nazirlik hadisədən sonra tibb bacısını işdən çıxarıb.