Close

Sərnişinlərlə dolu qatar yandı: 400-ə yaxın insan...

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərindən Vilminqtona gedən və içərisində 350 nəfər sərnişinin olduğu qatar hərəkətdə olarkən yanmağa başlayıb.

TNS "Fox News"a istinadən xəbər verir ki, yanğın sonuncu vaqonlardan birində başlayıb.

Qeyd olunur ki, qatarda olan sərnişinlərin hamısını təxliyə etmək mümkün olub, onların arasında xəsarət alan olmayıb.

Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir.