ABŞ ilə danışıqlar problemləri həll etməyəcək
10
16:51 - 07 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/7/ad300dc4-5006-3b42-aafd-7aecaa99ba2c_850.jpg)
ABŞ ilə danışıqlar iqtisadi və həyati vacib problemlər də daxil olmaqla, heç bir məsələni həll etməyəcək.
TNS İSNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei hərbçilərin Xomeyniyə andiçmə mərasiminin 46-cı illiyi ilə bağlı tədbirdəki çıxışında bildirib.
Qeyd edilib ki, 1990-cı ildə ABŞ ilə iki illik danışıqlar heç bir nəticə verməyib. Onun sözlərinə görə, ştatlar həmin vaxt verdiyi vədə əməl etməyib.
Xamənei deyib ki, ABŞ ilə danışıqlar diqqət mərkəzindədir: “Onlar danışıqları yaxşı iş adlandırır. Sanki dialoqa qarşı kimsə çıxır”.