Close

17:15
07 Fevral 2025

Təyyarə avtobusa çırpıldı: çox sayda ölən və yaralanan var - VİDEO

Braziliyanın San-Paulo şəhərində dəhşətli təyyarə qəzası baş verib. Biznes təyyarəsi şəhərin ortasına düşüb.

TNS-in verdiyi məlumata görə, bu barədə Kp.ru xəbər yayıb.

Bildirilir ki, təyyarə məcburi eniş etməyə cəhd göstərib və nəticədə bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Təyyarədən başqa, avtobus və digər maşınlar da yanıb.

Qəza yerində azı iki nəfərin öldüyü bildirilir. Yaralıların sayı dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.