Rusiya səfiri Britaniya XİN-ə çağırıldı
18
18:20 - 06 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/6/67a4b6f6b444467a4b6f6b4445173884799067a4b6f6b444267a4b6f6b4443.jpg)
Rusiya səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
TNS xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti bəyanat yayıb.
Bildirilib ki, Britaniya Rusiyanın Londondakı səfirini rusiyalı diplomatın akkreditasiyasını ləğvi üçün çağırıb.
Bunun “Rusiyanın noyabr ayında Moskvada Britaniya diplomatının akkreditasiyasını ləğv etmək barədə əsassız qərarına" cavab olduğu bildirilib.
“Rusiyanın növbəti addımı eskalasiya kimi qiymətləndiriləcək və buna müvafiq olaraq cavab veriləcək”, - bəyanatda əlavə edilib.