Dəmiryolu stansiyası yaxınlığında güclü yanğın baş verdi
12
16:21 - 05 Fevral 2025
Təl-Əvivin Haqana dəmiryolu stansiyasının yaxınlığında güclü yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Yanğının yaxınlıqdakı bir fabrikdə başladığı bildirilir.
"Yanğınsöndürənlər və xilasetmə komandaları hadisə yerindədir", - deyə İsrail Dəmir Yolları qeyd edib.