Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
TNS xəbər verir ki, namizədliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətində Trampın ilk prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış, hazırda isə Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin sədr müavini olan Park Sunq-von təqdim edib.
Bu barədə yerli "Çuqan Çoson" nəşri məlumat yayıb. Bildirilir ki, namizədliyin irəli sürülməsi deputatın şəxsi təşəbbüsüdür.
Məlumata görə, Donald Trampın ilk prezidentlik dövrü tam uğurlu olmasa da, onun Şimali Koreya-ABŞ dialoquna verdiyi töhfə Koreya yarımadasında sülhün bərqərar olmasına müəyyən dərəcədə təsir göstərib.