Close

19:01
04 Fevral 2025

Məmur özünü beşinci mərtəbədən atdı

Rusiyanın Federal Antiinhisar Xidməti İdarəsinin Kareliya Respublikası üzrə rəhbəri Artur Pryaxin Petrozavodsk şəhərində intihar edib.

TNS-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Bildirilir ki, ölüm halı iş yerində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda A.Pryaxinin xidməti kabinetinin pəncərəsindən düşdüyü görünür. O, beşinci mərtəbədən düşərək yerindəcə keçinib.

Fakt üzrə araşdırma aparılır.