Close

Polis məktəbdə əməliyyat keçirdi: çox sayda yaralanan və ölən var - YENİLƏNİB

İsveçin Orebro şəhərində yerləşən böyüklər üçün təhsil mərkəzində atışma baş verib.

TNS “Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, atəş açan şəxs ölənlər arasındadır.

Hadisəni törədən şəxsin motivi hələlik məlum deyil.

21:40

İsveç polisi Stokholmdan qərbdə yerləşən Orebro şəhərindəki məktəbə hücum edənlərə qarşı əməliyyat keçirib.

TNS “Daily Aftonbladet”a istinadən xəbər verir ki, atışma nəticəsində yaralananların olduğu deyilib.

"Əməliyyat zorakılıq təhdidlərinə aiddir" deyən polis, vəziyyətin davamlı olduğunu qeyd edib.