Close

21:40
03 Fevral 2025

ABŞ Dövlət Katibi USAİD-in idarəçiliyini ələ aldığını təsdiqlədi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Dövlət Departamenti ilə birləşməsi qərarı dövlət katibinin proqramlarını bitirmək məqsədi daşımır.

TNS xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio məsələyə münasibət bildirərkən deyib.

Rubio agentliyin funksiyalarının ABŞ-nin xarici siyasətinə uyğun olmalı olduğunu da vurğulayıb.

“Biz USAID proqramlarının bağlanmasından danışmırıq. Elə təşəbbüslər var ki, onlar həqiqətən faydalıdır, elələri də var ki, onlarla bağlı ciddi suallarımız var. Amma əsas problem qurumun struktur kimi işləməsidir. O, Dövlət Departamentinin siyasət direktivlərinə əməl etməlidir, amma praktikada belə deyil. Suallar verildikdə tamamilə əməkdaşlıq etmirlər”, - deyə o bildirib.