Close

21:40
03 Fevral 2025

Kadırov xüsusi təlim keçmiş qrupu Ukraynaya göndərdi

Çeçenistandan xüsusi təlim keçmiş bir qrup dəstə Ukrayna ilə müharibəyə yola salınıb.

TNS xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

“Hər bir könüllü Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin təlimatçılarının rəhbərliyi altında hərtərəfli döyüş hazırlığı keçib”, - o yazıb.