Close

21:40
03 Fevral 2025

Dəmiryol vağzalında atışma: yaralılar var

Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.