Close

17:30
03 Fevral 2025

BMT kompleksində atışma: ölən və yaralanan var

BMT-nin Kabildəki kompleksinin ərazisində baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.

TNS "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının bugünkü bəyanatında bildirilib.

Missiyanın məlumatına görə, hadisədə "Taliban" mühafizəçiləri iştirak edib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.