Close

Yaşayış kompleksində partlayış, ölən var

Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.

TNS xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Bildirilib ki, yaşayış kompleksinin foyesində partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.