Hərbi aerodromlara kütləvi hücum edildi
25
15:10 - 02 Fevral 2025
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi aerodrom və yanacaq anbarlarına zərbələr endirib.
TNS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
“Rusiya Silahlı Qüvvələrinin operativ-taktiki aviasiya, zərbə pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi aerodromların infrastrukturuna, yanacaq anbarlarına, habelə 153 ərazidə canlı qüvvə və texnikaya zərbələr endirib”, - məlumatda qeyd olunub.