Çin ABŞ-dən şikayət edəcək
7
15:00 - 02 Fevral 2025
Rəsmi Pekin ABŞ-nin Çin məhsullarına rüsum tətbiq etməsi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edərək öz hüquq və maraqlarını müdafiə etmək fikrindədir.
TNS-in xəbərinə görə, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Qurum, həmçinin ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar "başqa ölkələri rüsumlarla hədələmək əvəzinə, öz daxili problemlərini obyektiv və rasional şəkildə nəzərdən keçirib həll edəcək".
Nazirlik Vaşinqtonu "qeyri-qanuni hərəkətlərini düzəltməyə, Çinlə bərabərhüquqlu, açıq şəkildə əməkdaşlığı davam etdirməyə" çağırıb.