Close

ABŞ xəzinədarlığı terrorçulara pul verib

İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) müəyyən edib ki, ABŞ Maliyyə Nazirliyi fırıldaqçı və terrorçu təşkilatlara ödənişlər edib.

TNS xəbər verir ki, Mask bunu "X" səhifəsində açıqlayıb.

"DOGE komandası digər məsələlərlə yanaşı, aşkar edib ki, ABŞ Xəzinədarlıq Departamentində ödənişlərin təsdiqlənməsinə cavabdeh olan məmurlara, hətta qarşı tərəf məlum fırıldaqçı və terror qrupları olsa belə, həmişə ödənişləri təsdiqləmək tapşırılıb. Onlar bütün karyeraları boyu sözün əsl mənasında heç vaxt ödənişdən imtina etməyiblər", - o qeyd edib.