Həmin videonu yayan şəxs cəzalandırıldı
İrəvan məhkəməsi Ermənistan paytaxtının mərkəzi meydanında əcnəbilərin "Qarabağ" haqqında mahnı oxuduğu videonu yayan alim Qərib Babayana həbs cəzası verməkdən imtina edib.
TNS erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Babayanın vəkili Abqar Poqosyan məlumat verib.
"Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı vəsatəti rədd edib, əvəzində inzibati nəzarət və ictimai çıxışların məhdudlaşdırılmasını seçib", - deyə vəkil bildirib.
Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın Respublika meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını ifa etdiyi video yayılıb. Videonun yayımlanması geniş rezonansa səbəb olub. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, Respublika meydanındakı şəxslərin dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu qeyd edib. Kadrları yayan Babayan isə saxlanılıb, İstintaq Komitəsi onun həbsi ilə bağlı vəsatət qaldırıb.