Hava çirkliliyi artdı: məktəblərdə tətil elan olundu
İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən məktəblər bağlanıb.
TNS xəbər verir ki, Tehran valiliyinin verdiyi açıqlamaya görə, yüksək hava çirkliliyinin davam etməsi səbəbilə Dəmavənd və Firuzkuh bölgələri, həmçinin universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tətil elan edilib.
Buna uyğun olaraq təlimin distant şəkildə aparılacağı bildirilib.
Tehran Hava Keyfiyyətinin Ölçmə Qurumunun apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirkliliyi 150 mikroqram/kubmetr səviyyəsində olub.
Bu göstərici isə o deməkdir ki, havanın keyfiyyəti hamı üçün zərərlidir.
Sabah Tehranın yaxınlığındakı Əlborz vilayətində də məktəblərin bağlanacağı bildirilib.
Qeyd edək ki, havanın dövranı üçün uyğun olmayan coğrafi relyef, əhalinin sıxlığı və istifadə olunan yanacağın keyfiyyətsizliyi Tehranda havanın çirklənməsini artıran amillərdəndir.