Bloger həbsdən qorxub müharibəyə getdi, öldürüldü
18
10:30 - 02 Fevral 2025
Rusiyalı müxalif bloger Mixail Alferov Ukrayna müharibəsində həlak olub.
TNS xəbər verir ki, bu barədə “Şot” (Shot) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Alferov 2024-cü ilin aprelində ekstremizm ittihamı ilə məsuliyyətə cəlb edilib, istintaqdan və həbsdən canını qurtarmaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olub.