Close

Neft zavodunda güclü partlayış: çox sayda xəsarət alan var - VİDEO

Kaliforniyanın Martines şəhərində neft emalı zavodunda yanğın baş verib, azı üç nəfər xəsarət alıb.

TNS xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Qəzetə görə, hadisə “Shell Avenue”da olub. Jurnalistlər partlayış və genişmiqyaslı yanğına karbohidrogenlərin sızmasının səbəb olduğunu öyrəniblər. Müxbirlərin bildirdiyinə görə, özünütəcrid əmri yanğın başladıqdan üç saat sonra verilib.

Müəssisənin üç işçisi yüngül xəsarət alıb, neft emalı zavodunun bütün işçiləri təxliyə edilib.