Close

Bazara hücum edildi: 61 nəfər öldürüldü

Şənbə günü Sudanın Xartum əyalətinin Omdurman şəhərindəki bazara artilleriya hücumu nəticəsində azı 61 nəfər həlak olub.

TNS xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, atışma nəticəsində 65-dən çox insanın xəsarət aldığını bildirib.