Netanyahu Trampla görüşəcək
7
23:55 - 01 Fevral 2025
İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 2-də ABŞ-yə səfər edəcək.
Baş nazir orada Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair sazişin növbəti mərhələlərini müzakirə etmək üçün prezident Donald Trampla görüşəcək.
TNS xəbər verir ki, bu haqda İsrailin baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
"Baş nazir Donald Trampla görüşmək üçün fevralın 2-də ABŞ-a uçur. Bir sıra mövzular, xüsusən də sazişin sonrakı mərhələləri müzakirə olunacaq", - o deyib.