Dünyanın ən böyük aysberqində qopma baş verdi
11
23:10 - 01 Fevral 2025
Dünyanın ən böyük aysberqi olan A23-ün 80 kvadrat kilometrlik hissəsi qoparaq ondan ayrılıb.
TNS xəbər verir ki, qopan hissə Atlantik okeanında hərəkət edir. Bu parça aysberqin ümumi həcminin 2 faizini təşkil edir.
A23 adı verilən aysberq 1986-cı ildə formalaşıb. Onun qopan parçalarından şirin su kimi istifadə edilir.