Horst Köhler vəfat etdi
9
16:36 - 01 Fevral 2025
Almaniyanın doqquzuncu prezidenti Horst Köhler 81 yaşında vəfat edib.
TNS xəbər verir ki, sabiq prezidentin ağır xəstəlikdən öldüyü bildirilib.
Qeyd edək ki, H.Köhler Prezident olmamışdan əvvəl Beynəlxalq Valyuta Fondunun icraedici direktoru (2000-2004), Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti (1998-2000) və ölkəsində bir sıra vəzifələrdə işləyib.