13 çürümüş meyit tapıldı - FOTO
Karib hövzəsində qayıqda 13 çürümüş cəsəd tapılıb.
TNS xəbər verir ki, yerli hüquq-mühafizə orqanları meyiti tapılan şəxslərin kimliyini müəyyən edə bilməyib. Buna səbəb cəsədlərin çürüməsidir. Onların yaşlarını və cinsiyyətini belə müəyyənləşdirmək mümkün olmayıb.
Oxşar hadisə bir həftə əvvəl də baş verib. Trinidad və Tobaqo sahillərində qayıqda beş çürümüş cəsəd tapılıb.
Trinidad Sahil Mühafizə Xidmətinin açıqlamasında tapılan son qayığın 2021-ci ildə eyni bölgədə aşkarlana və içərisində 15 nəfərin cəsədinin olduğu qayığa bənzədiyi vurğulanıb.
İlkin ehtimala görə, meyiti tapılan şəxslər qanunsuz miqrantlardır. Hazırda bu hadisələrin bir-biri ilə əlaqəsinin olub-olmaması araşdırılır.