Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzatdı
5
17:09 - 30 Yanvar 2025
Avropa İttifaqı (Aİ) Şurası təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il – 19 fevral 2027-ci ilədək uzadıb.
TNS xəbər verir ki, müvafiq qərarın mətni qurumun saytında yerləşdirilib.
Missiyanın büdcəsi isə 20 fevral 2025-ci il tarixdən etibarən 44 milyon avroya çatdırılacaq.
Qeyd edək ki, sözügedən missiyanın tərkibində Aİ-yə üzv 25 ölkə və Kanadanın təmsilçiləri yer alır.
Əlaqəli xəbərlər
20:11
30 Yanvar 2025