Close

Tramp tələbə vizalarını ləğv edəcək

ABŞ Prezidenti Donald Tramp antisemitizmlə mübarizə üçün fərman imzalamağı və Fələstin tərəfdarı etirazlarda iştirak edən vətəndaşlığı olmayan kollec tələbələrini və digər daimi sakinləri deportasiya etməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi bildirib.

Fərmana əsasən, Tramp Ədliyyə Departamentinə “Amerika yəhudilərinə qarşı terror təhdidləri, yandırma, vandalizm və zorakılığı aqressiv şəkildə təqib etməyi” əmr edəcək.

“Bu ölkədə cihad etirazlarına qoşulan bütün əcnəbilərə xəbərdarlıq edirik: 2025-ci ildə sizi tapıb deportasiya edəcəyik. Həmçinin universitet şəhərciklərində radikalizmə yoluxmuş bütün HƏMAS tərəfdarlarının tələbə vizalarını tez bir zamanda ləğv edəcəyəm”,- Trampın məlumat xarakterli bülletenində qeyd edilib.