Əcnəbilərin daimi yaşayış icazəsi almaq tələbləri sərtləşdirildi
Finlandiya hökuməti əcnəbilərə daimi yaşayış icazəsi almaq üçün təqdim edilən tələbləri sərtləşdirən qanun layihəsi hazırlayıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hökumətin proqramının məqsədi miqrantları Finlandiya cəmiyyətinin qaydalarına öyrətməyə, işləməyə və dil öyrənməyə təşviq etməkdir. Uğurlu inteqrasiya daimi yaşayış icazəsi almaq üçün ilkin şərt ola bilər”, - Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.
Məlumata görə, daimi yaşayış icazəsinin alınması üçün tələb olunan fasiləsiz yaşama müddətinin 4 ildən 6 ilədək artırılması təklif edilir.
Daimi yaşayış icazəsi 4 illik yaşayışdan sonra da əldə edilə bilər, lakin bunun üçün bir sıra alternativ şərtləri yerinə yetirmək lazımdır: müraciətçinin illik gəliri azı 40 min avro olmalıdır; o, Finlandiyada tanınan ali təhsil dərəcəsinə sahib olmalıdır və ya ölkədə aspirantura təhsili almalıdır və 2 illik iş təcrübəsinə malik olmalıdır; müraciətçi fin və ya isveç dilini mükəmməl bilməlidir və 3 illik iş təcrübəsinə malik olmalıdır.
DİN-in məlumatına görə, cinayət məsuliyyəti olan şəxslərə qarşı da tələblər sərtləşdirilir.