Azarkeşlər arasında dava: 32 nəfər yaralandı
20
18:00 - 27 Yanvar 2025
İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında (2:0) insident baş verib.
TNS xəbər verir ki, iki komandanın azarkeşləri arasından toqquşma yaşanıb. Buna səbəb ev sahibi fanatlarının Təbrizdən gələn azarkeşlərin ünvanına xoşagəlməz ifadələr səsləndirməsi olub.
Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan xəstəxanaya aparılıblar.
Qeyd edək ki, məğlubiyyət nəticəsində "Traktor" liderliyi itirib. Təbriz təmsilçisi 35 xalla ikinci sırada qərarlaşıb.