Etiraz aksiyası keçirildi: ən böyük nəqliyyat qovşağı bağlandı
Serbiyanın paytaxtı Belqradda etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar.
TNS xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, etirazlar xaricdən maliyyələşdirilir və onların məqsədi hakimiyyəti devirməkdir.
Qeyd edək ki, Serbiyada kütləvi tələbə etirazları noyabr ayından davam edir. Bu dəfə təşkilatçılar Belqradın ən böyük nəqliyyat qovşaqlarından biri olan Avtokomandanı 24 saat ərzində bağlamağa çağırıblar.
Aksiya iştirakçıları Novi-Sad dəmir yolu vağzalında talvarın uçması nəticəsində həlak olan 15 nəfərin xatirəsinə 15 dəqiqəlik sükutla yad edəcəklər. Onlar stansiyanın yenidənqurma sənədlərinin tam dərc olunmasını, faciəyə aidiyyəti olan məmurların cinayət məsuliyyətinə cəlb edilməsini və etirazlarda saxlanılan bütün şəxslərin təqibdən azad edilməsini tələb edirlər.
Günün ikinci yarısında dövlət başçısı Aleksandr Vuçiçin serb xalqına müraciəti gözlənilir.