ABŞ-da miqrant şagirdlər də həbs edilə bilər
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları zərurət yaranarsa, təhsil və tibb müəssisələrində sənədsiz miqrantları saxlaya biləcəklər.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üzrə təyin etdiyi məsul şəxs Tomas Homan deyib.
Jurnalistin "MS-13 (Mara Salvatrucha) dəstəsinin neçə üzvü 14-17 yaşındadır" sualına Homan belə cavab verib: "Çoxu yeniyetmədir".
T.Homan bildirib ki, ICE zabitlərinin səlahiyyətləri olmalıdır ki, milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdid olduğunu dərk edərlərsə, o zaman həbs edə bilsinlər.
Qeyd edək ki, MS-13 kimi tanınan “Mara Salvatrucha” 1980-ci illərdə Los-Ancelesdə, Kaliforniyada yaranmış beynəlxalq cinayətkar dəstədir. Əvvəlcə dəstə Salvadorlu immiqrantları Los-Anceles bölgəsindəki digər dəstələrdən qorumaq üçün yaradılmışdı. Zaman keçdikcə dəstə daha ənənəvi cinayətkar təşkilata çevrildi.