Close

Gümrüdə Rusiya hərbçisinin meyiti tapıldı

Yanvarın 25-də Ermənistanın Gümrü rayonunda 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin asılmış meyiti tapılıb.

TNS xəbər verir ki, məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib. Faktla bağlı istintaq şöbəsində intihar və ya intihara cəhd əlamətləri ilə cinayət işi başlanıb.

A.Yampolski Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasında hərbi qulluqçu kimi xidmət edib.