Close

Paşinyan: "Növbədənkənar seçki olmayacaq"

Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.

TNS xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan İctimai televiziyaya müsahibəsində deyib.

"Hər zaman növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr olub. Ancaq hazırda belə bir planımız yoxdur”,- Paşinyan bildirib.