Close

Yeni müdafiə naziri Pentaqonun üç əsas prioritetini açıqlayıb

Pentaqonun əsas prioritetləri hərbçilərin əhval-ruhiyyəsinin bərpası, ordunun modernləşdirilməsi və təhdidlərin qarşısının alınmasını gücləndirmək olacaq.

TNS xəbər verir ki, bunu ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinə ilk müraciətində bildirib.

“Prezident bizim üzərimizə aydın bir missiya qoyub: güc youlu ilə sülhə nail olmaq. Biz bunu üç yolla edəcəyik: ordumuzda əhval-ruhiyyə və inamı bərpa etmək, silahlı qüvvələrimizi müasirləşdirmək və çəkindirmə qabiliyyətini gücləndirmək”, -nazir qeyd edib.

Onun sözlərinə görə, ABŞ Çinin Hind-Sakit okean regionunda təcavüzünün qarşısını almaq üçün müttəfiqlər və tərəfdaşlarla işləyəcək.