Close

ABŞ bu ölkə sərhədinə zirehli maşınlar göndərə bilər

ABŞ administrasiyası qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Meksika ilə sərhədə “Stryker” zirehli transportyorlarının və əlavə hərbi personalın yerləşdirilməsi imkanını nəzərdən keçirir.

TNS xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, 20 tonluq zirehli transportyorlarla təchiz edilmiş piyada qoşunları da daxil olmaqla, ümumilikdə 10 minə qədər hərbçinin göndərilməsi müzakirə edilir.