Close

HƏMAS buna görə İsraili günahlandırır

HƏMAS atəşkəs razılaşmasının həyata keçirilməsində uğursuzluqlara görə İsrail hakimiyyətini günahlandırıb.

TNS xəbər verir ki, bu barədə HƏMAS "Telegram" kanalında məlumat yayıb.

“Düşmən sazişin bəzi bəndlərini yerinə yetirməkdə ləng gedir - xüsusən də Ər-Rəşiddən qaçqınların cənubdan geri qayıtmasına imkan vermir. Bu baxımdan, HƏMAS razılaşmanın həyata keçirilməsində baş verən hər hansı uğursuzluqlara və onların nəticələrinə görə İsraili ittiham edir”, - məlumatda qeyd edilib.