Çin XİN başçısı ABŞ Dövlət katibi ilə Tayvanı müzakirə etdi
8
23:40 - 24 Yanvar 2025
Çinin xarici işlər naziri Van Yi ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
TNS xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Van Yi bildirib ki, Pekin Tayvanın ayrılmasına heç vaxt icazə verməyəcək.
Rubio isə öz növbəsində bəyan edib ki, ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir və bu məsələnin sülh yolu ilə həllinə ümid edir.