Close

09:05
26 Yanvar 2025

Bu ölkə türklərə 2027-ci ilədək viza verməyəcək

ABŞ-yə getmək istəyən Türkiyə vətəndaşları ən tez 2027-ci ildə viza ala biləcəklər.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Bildirilib ki, 2017-ci ildə ABŞ Türkiyə ilə diplomatik problemləri əsas gətirərək yeni viza müraciətlərini qeyri-müəyyən müddətə dayandırıb. Yenidən aktivləşdirilmiş viza müraciətləri üçün çox aşağı kvotalar ayrılıb.

ABŞ Konsulluğunun rəsmi internet saytına daxil olan vətəndaşlar ən tez 2026-cı ilin dekabrına görüş verildiyini görüblər. Proses müddətləri və pasportun çatdırılma prosesləri nəzərə alınmaqla, ABŞ-yə getmək istəyən və hazırda vizası olmayan Türkiyə vətəndaşı ən tez 2027-ci ildə ölkəyə daxil ola biləcək.