Close

"Səudiyyə Ərəbistanının 1 trln. dollar sərmayə qoyacağını gözləyirəm"

Prezident Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razılıq verəcəyini gözləyir.

TNS xəbər verir ki, o, bunu Davos İqtisadi Forumunda videobağlantı ilə çıxışında deyib.

“Bu gün bir çox qəzetlərdə Səudiyyə Ərəbistanının ABŞ-yə azı 600 milyard dollar sərmayə qoyduğuna dair xəbərlər var. Bu rəqəm təxminən 1 trilyon dollara qədər yuvarlanmaq üzrədir. Düşünürəm ki, onlar bunu edəcəklər. Çünki biz onlara çox yaxşı münasibət bəsləyirik", - Tramp deyib.