Close

Tramp: "Rusiyanın itkiləri Ukraynadan daha çoxdur"

Rusiyanın müharibədə itkiləri Ukraynaya nisbətən daha çoxdur.

TNS UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

O, Ukraynanın müharibədə azı 600-700 min insan itirdiyini bildirib. Rusiya isə 800 min hərbçi itirib.

Tramp söhbətin yalnız hərbçilərdən, yoxsa mülki vətəndaşlardan getdiyini açıqlamayıb. "Ölənlər hamınızın bildiyindən daha çoxdur", - Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, müharibə mümkün qədər tez başa çatdırılmalıdır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 43 min hərbçi itirdiyini bildirmişdi.