Close

Overçukun Ermənistanla bağlı bəyanatı iqtisadiyyat qanunlarına əsaslanır

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsinin zəruriliyi ilə bağlı bəyanatı iqtisadiyyatın qanunlarına əsaslanır.

TNS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Ona görə də son danışıqlar zamanı iki ölkənin xarici işlər nazirlərinin bu kontekstdə kompromis əldə edib-etmədiyini müzakirə etmək tam düzgün deyil. Ancaq Overçukun siyasi bəyanatları ilə bağlı məsələyə bu prizmadan baxmaq olar”, - Rusiya XİN sözçüsü vurğulayıb.