Close

"Taliban" liderinin həbsi tələb edildi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsinə order verilməsini tələb edib.

TNS xəbər verir ki, bu barədə BCM-in saytında məlumat verilib.

Prokurorun sözlərinə görə, Axundzadə və Həqqani "gender əsaslı təqib" kimi cinayətlərə görə mühakimə edilməlidir.