Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başladı
Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.
TNS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mitinq iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.
Davamlı aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə saldığı bəyanatından sonra başlayıb.