160 nəfər işdən çıxarıldı
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts 160-a yaxın əməkdaşı müvəqqəti olaraq işdən çıxararaq, Milli Təhlükəsizlik Şurasının əsaslı şəkildə yenidən təşkilinə başlayıb.
TNS xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press məlumat yayıb.
Həmin işçilər kadr yoxlamasının nəticələrinə qədər distant işə keçiriləcək.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuzanın sözlərinə görə, bu addımın məqsədi MTŞ əməkdaşlarının Prezident Trampın “Amerika Birinci” gündəmini irəlilətməyə və vergi ödəyicilərinin dollarlarından ən səmərəli şəkildə istifadə etməyə tam sadiq olmasını təmin etməkdir.
Associated Press qeyd edib ki, bu azalma MTŞ-nin peşəkar ekspertiza səviyyəsini aşağı sala və onun mürəkkəb xarici siyasət məsələləri, o cümlədən Yaxın Şərq və Ukraynadakı münaqişələr üzrə işinin keyfiyyətinə təsir göstərə bilər.