Mask Şoltzu tənqid edərək adını təhrif etdi
39
                21:32 - 21 Yanvar 2025
             
            Amerikalı milyarder və “SpaceX”in qurucusu İlon Mask Almaniya kansleri Olaf Şoltzu açıqlamasına görə tənqid edib və adını təhrif edib.
TNS xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında yazıb.
İş adamı Avropada söz azadlığının sağçı mövqeləri qəbul etmədiyini deyən alman siyasətçinin sözlərinə cavab verib.
“Ayıb olsun sənə, Oaf Şits”, - Mask qeyd edib.
 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    