Tramp dünənki sərəncamına görə məhkəməyə verildi
ABŞ Prezidenti Donald Tramp dünən imzaladığı, yüksək rütbəli federal məmurların işdən çıxarılması prosesini sadələşdirən sərəncama görə məhkəməyə verilib.
TNS xəbər verir ki, bu barədə Bloomberg yazıb.
İddia 37 agentliyi təmsil edən Xəzinədarlıq işçilərinin həmkarlar ittifaqı tərəfindən Vaşinqton məhkəməsinə verilib.
Trampın sərəncamının iş yerlərindən həmişəlik uzaqlaşdırıla bilən ayrıca işçi kateqoriyası yaradacağı bildirilib.
Qeyd edək ki, yanvarın 20-də Tramp deyib ki, onun ofisi “Amerikanı yenidən möhtəşəm etmək vizyonuna” uyğun gəlməyən 1000-dən çox keçmiş administrasiya işçisini müəyyənləşdirib işdən azad etmək üzərindən işləyir.