Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

“Taliban” ABŞ silahlarını qaytarmaq niyyətində deyil

Əfqanıstandakı “Taliban” hökuməti ABŞ Prezidenti Donald Trampın milyardlarla dollar dəyərində ABŞ silahlarının qaytarılması çağırışını rədd edir.

TNS “Bloomberg”ə istinadən xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib.

Məlumata görə, söhbət 2021-ci ildə "Taliban"ın qələbəsindən sonra ABŞ hərbçilərinin Əfqanıstanda qoyub getdiyi 7 milyard dollardan çox dəyəri olan hərbi texnika və silahlardan gedir.

"Silahların qaytarılmasını tələb etmək əvəzinə, ABŞ İŞİD və onun qolları ilə mübarizə üçün “Taliban”a daha müasir silahlar verməli idi", - anonim qalmaq istəyən mənbə bildirib.

Daha əvvəl Tramp “Taliban” silah və texnikanı ABŞ-yə qaytarmasa, Əfqanıstana istənilən maliyyə yardımını dayandırmaqla hədələyib.