Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

Moskvada verilən bu sual Mirzoyanı təəccübləndirdi

Ermənistan-İran sərhədində vəziyyət sakitdir və sakit qalacaq.

TNS xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Bu yaxınlarda Moskva ilə Tehran arasında imzalanan sənədin Ermənistan-İran sərhədindəki vəziyyəti daha sakit edib-etməyəcəyi sualına cavab verən Mirzoyan təəccüblənib:

“Təəccübümü gizlədə bilmirəm. Düzünü desəm, sərhəd həmişə çox sakit və azad olub. Heç vaxt problem olmayıb. Ona görə də onun necə sakit olacağı sualını başa düşə bilmirəm. O, sakit qalacaq. Belə demək daha düzgün olardı”.