Close

Astana aeroportunda 20 reys gecikdi

Əlverişsiz hava şəraiti və texniki xidmət səbəbindən Astana hava limanının uçuş-enmə zolağı 21 yanvar 2025-ci il tarixində yerli vaxtla saat 8:33-dən 10:33-ə qədər müvəqqəti olaraq bağlanıb.

TNS Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizliyi təmin etmək və aerodromdakı qar kütləsini təmizləmək üçün 10 xüsusi texnika işləyir. Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar planlaşdırılan 70 reysdən 6-sı, gəlməsi gözlənilən 68 reysdən isə 14-ü gecikib", - məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 22-23-də şimalda və Astanada yağıntı və temperaturun -35 dərəcəyə qədər düşəcəyi proqnozlaşdırılır.